14.09.2017

Bölmə iclasları

Sentyabrın 12-də Cəlilabad rayonunda ənənəvi sentyabr konfransının metodik bölmə iclasları keçirilib. İclaslar 17 bölmə üzrə aparılıb.

Məktəb rəhbərlərinin iştirakı ilə keçirilən iclaslarda təhsil sahəsi üzrə hüquqi normativ sənədlərdən irəli gələn vəzifələr müzakirə olunub, yeni tədris ilində qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb.

Fənlər üzrə iclaslarda müəllimlərə fənn programında və dərsliklərdəki dəyişikliklər və əlavələr bildirilib, kurikulum siniflər üzrə dərslik və proqramlar müzakirə olunub, kəçən dərs ilinin yekunlarına əsasən fənnin tədrisi ilə bağlı məsələlər geniş təhlil olunub.

Yekun olaraq, bölmə iclaslarındakı rəy və təkliflər ümumiləşdirilərək Təhsil İnstitutuna təqdim olunub.