15.09.2017

Bilik günü

Bu gün Cəlilabad rayonunun ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə Cəlilabad rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin rəhbərliyi, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Mərasimlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs ediblər.

İlk dərs məşğələləri “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib.

“Bilik günü”ndə iştirak edən Cəlilabad rayon təhsil şöbəsinin əməkdaşları və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib,  onlara uğurlar arzulayıb.

Sonda məktəblilərin iştirakı ilə şeyirlər, mahnılar və rəqslərdən ibarət konsert proqramları nümayiş etdirilib.


Açar sözlər: