22.09.2017

Beynəlxalq Sülh günü

          Cəlilabad RTŞ-nin tədbirlər planına uyğun olaraq şəhər 2 nömrəli tam orta məktəb  Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə 21 sentyabr 2017-ci il tarixdə “Beynəlxalq Sülh günü” ilə əlaqədar “Müharibə, yoxsa sülh” adlı sual-cavab gecəsi keçirdi. Cəlilabad rayon MKS-nin direktoru Elçin Hüseynov və  direktor səlahiyyətlərini müvəqqəti icra edən Səyyad Bağırov şagirdləri salamlayaraq "Beynəlxalq Sülh Günü" münasibəti ilə onları təbrik edib bu günün məqsədi və təsis edilməsinin tarixi barədə ətraflı məlumat vermişlər.

          Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh gününün builki mövzusu daha çox aktualdır: sülh və demokratiya.

        Tədbirdə 2 nömrəli məktəbin dil-ədəbiyyat müəllimi S.Quliyev, rus dili müəllimi Ə.Əliyev və başqaları mövzu ətrafında öz fikirlərini bildirdilər. Tədbirin sonunda müəllim və şagirdlər Beynəlxalq sülh gününə həsr edilmiş “Mən sülh istəyirəm” başlıqlı sərgi ilə tanış oldular,  sonda şagirdlər “Sülh yoxsa müharibə “ haqqında verilən sualları cavablandırdılar.


Açar sözlər: