20.11.2017

"12 Noyabr-Konstitusiya Günü"nə həsr edilmiş idman yarışları keçirilib

          Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılığı ilə 02-08 noyabr 2017-ci il tarixdə "12 Noyabr - Konstitusiya Günü"nə həsr edilmiş voleybol, futbol və basketbol idman növləri üzrə rayon birinciliyi keçirilib.

          Voleybol idman növü üzrə Həziabad kənd tam orta məktəbin komandası I yerə, Hamarqışlaq kənd tam orta məktəbin komandası II yerə, Zopun kənd tam orta məktəbin komandanı III yerə;

          Futbol idman növü üzrə şəhər 4 nömrəli tam orta məktəbin komandası I yerə, Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin komandası II yerə, Göytəpə şəhər 2 nömrəli tam orta məktəbin komandası III yerə;

          Basketbol idman növü üzrə şəhər 8 nömrəli məktəb-liseyin komandası I yerə, Şiləvəngə kənd tam orta məktəbin komandası II yerə, şəhər 2 nömrəli tam orta məktəbin komandası II yerə layiq görülüb.

          Yarışların yüksək səviyyədə təşkil və keçirilməsinə görə Cəlilabad rayon Təhsil Şöbəsi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif edilib.