28.11.2017

Sınaq imtahanı keçirildi

26.11. 2017-ci il tarixdə Cəlilabad rayon ümumtəhsil məktəblərində IX sinif şagirdlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi məqsədi ilə sınaq imtahanı keçirildi. Bu məqsədlə bir gün əvvəl Cəlilabad RTŞ əməkdaşları tərəfindən imtahan nəzarətçiləri üçün seminar keçirilmişdi. Seminarda imtahan zamanı şagirdlərin çavab kartlarını doldurması, imtahan qaydalarına əməl olunması, imtahanın gedişi zamanı nəzarətçilərin üzərinə düşən məsuliyyət barədə müzakirələr aparılmışdı.

İmtahanda 2383 nəfər şagirddən 2282 nəfəri iştirak etmişdir. Qaydalara  uyğun olaraq imtahan normal şəraitdə keçirilmiş, imtahan zamanı heç bir neqativ hal baş verməmişdir.


Açar sözlər: