12.12.2017

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin xatirəsi 

Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il ötüb. Bu illər ərzində xalqımız öz Liderini bir an belə unutmamış, hər zaman onu qürur hissi ilə yad edib. Çünki Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynayıb. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz Ümummilli Liderimizə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün qlobal işlər görüb. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırıb. Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Cəlilabad da Ulu Öndərin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Heydər Əliyev Xatirə parkında, Göytəpə şəhərində Heydər Əliyev adına park bulvarda, Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsini ziyarət edib və abidənin önünə təzə-tər gül dəstələri qoyub. Sonra İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri abidənin önünə gül dəstələri düzüb. Bütün gün ərzində Dahi Rəhbərin əziz xatirəsi ehtiramla və məhəbbətlə yad edilib. Rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb, Ulu Öndərin ruhuna dualar oxunub.


Açar sözlər: