14.12.2017

Zona müşavirəsi keçirilmişdir

14 dekabr 2017-ci il tarixdə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində təlimati zona müşavirəsi keçirilmişdir.

Müşavirənin işində Cəlilabad və Masallı rayonları üzrə təmayül siniflərində işləyən fənn müəllimləri, məktəb rəhbərləri və təhsil işçiləri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə Cəlilabad RTŞ Metodkabinetin müdiri Nadir Babayev açaraq təmayül siniflərdə tədrisin təşkili qaydaları barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 04.08.2017-ci il tarixli, 240 nömrəli əmrinə əsasən həyata keçirilən tədbirlər haqqında müşavirə iştirakçılarına məlumat verdi.

 Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə aparıldığı ümumi təhsil müəssisələrində tədrisin təşkili məsələlərinə həsr edilmiş müşavirədə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Asif Hacıyev iştirak etmişdir. A.Hacıyev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumitəhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsində  “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin müvafiq bəndləri  və 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin X sinifləri üçün tədris planları, “Tədris planlarına aid qeydlər” barədə ətraflı məlumat verdi.

Seminar-müşavirənin gedişi zamanı iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirilmiş, müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış saatların tədrisi ilə əlaqədar lazımı izahatlar verilmişdir.


Açar sözlər: