22.01.2018

Yaşasaydı 32 yaşını qeyd edəcəkdi

Cəlilabad şəhər 1 nömrəli məktəb-liseydə şəhid Fərid Əhmədovun anadan olmasının 32-ci ildönümü ilə bağlı 19 yanvar 2018-ci il tarixdə müəllim və şagird kollektivinin iştirakı ilə anım tədbiri keçirildi. Tədbir şəhidin xatirə kompleksi önündə Dövlət himni ilə başlanıldı.

Xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəb-liseyin müəllimləri şəhid haqqında xatirələrindən,  2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olmasından,  birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılmasından, 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncamın imzalanmasından danışdılar.

Şagirdlərin iştirakı hazırlanmış ədəbi-bədii kompozisiya ilə tədbir yekunlaşdı.


Açar sözlər: