24.01.2018

Cəlilabad rayon Təhsil Şöbəsində növbəti təhsil şurası keçirilib

23 yanvar 2018-ci il tarixdə şura üzvləri və məktəb rəhbərlərinin iştirakı ilə Cəlilabad rayon Təhsil Şöbəsinin növbəti təhsil şurası keçirilib. Şuranı Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz xanım Nadirova açıq elan edərək giriş sözü söyləyib. Sonra şuranın gündəliyini açıqlayaraq rayonun Cəngan, Qamışlıgöl, Hacıməmmədli kənd tam orta və Vənlik kənd ümumi orta məktəblərində məktəbdaxili nəzarət və fənlərin tədrisi vəziyyəti barədə aparılmış monitorinqlərin nəticələri barədə Cəlilabad RTŞ-nin aparıcı məsləhətçilərindən Ə.Hüseynov, A.Ağayev və İ.Zeynalova söz verilib.

Təhsil şurasında sözü gedən məktəblərin rəhbərləri, fənn müəllimləri, xüsusilə imtahan fənləri olan ana dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin fəaliyyəti geniş təhlil edilib, nöqsan və çatışmazlıqlar müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

Sonda RTŞ-nin müdiri E.Nadirova şuraya yekun vuraraq bir sıra cari məsələləri də iştirakçıların nəzərinə çatdırıb.


Açar sözlər: ,  ,  ,