26.01.2018

I yarımil üzrə yekun qiymətləndirilmələr başa çatmışdır

Cəlilabad rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr başa çatmışdır.

Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük summativ qiymətləndirmələr məktəb rəhbərləri tərəfindən yaradılan müvafiq komissiyaların nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb. Qiymətləndirmələrin keçirildiyi günlərdə nəticələr sinif jurnalında qeyd olunmuşdur.


Açar sözlər: