31.01.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçiriləcək

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarının nümayiş etdirmələrinə yardım etməkdir.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək.

Bu mərhələdə Cəlilabad rayonu üzrə 401 nəfər şagirdin iştirakı nəzərdə tutulub. Bu məqsədlə təhsil şöbəsi tərəfindən Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydalarına əsasən yerli Təşkilat komitəsi yaradılıb. Olimpiadanın keçiriləcəyi mərkəz və oturma planları öncədən müəyyən olunub.

Qeyd edək ki, Olimpiyada fevralın 4-ü saat 10:00-da Cəlilabad şəhər 1 və 8  nömrəli tam orta məktəbində keçiriləcək.