04.02.2018

Olimpiada

Təhsil Nazirliyinin müfaviq əmrinə əsasən 4 fevral 2018-ci il tarixdə Cəlilabad şəhər 1 və 8 nömrəli məktəb-liseylərdə Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilmişdir.

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, tarix fənləri olmaqla 8 fənn üzrə IX – XI sinif məktəbliləri arasında keçirilmişdir. Bu mərhələdə Cəlilabad rayonu üzrə 430 nəfər şagird iştirak etmişdir. Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Təşkilat Komitəsinin iştirakı ilə olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən olimpiada saat 10:00-da başlamış və 13:00-da başa çatmışdır. Olimpiadanın rayon  mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Qalib gələcək şagirdlər mart ayında keçiriləcək zona mərhələsinə vəsiqə qazanacaqlar.