06.02.2018

Ədəbiyyat biliciləri

Cəlilabad rayonunda “Ədəbiyyat biliciləri” müsabiqəsinin  rayon mərhələsi 6 fevral 2018-ci il tarixdə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində keçirilmişdir. Müsabiqədə rayonun ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdlərindən ibarət 102 nəfər iştirak etmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdən ibarətdir. 


Açar sözlər: ,