26.02.2018

“Xocalı faciəsi”

XX əsrin ən dəhşətli faciəsi olan “Xocalı faciəsi” bəşər tarixinin qanlı səhifələrindən biridir. Bu gün Xocalı faciəsinin 26-cı iıdönümünə həsr edilmiş anım mərasimləri Cəlilabad rayon ümumtəhsil məktəblərində qeyd olunub.

Bu məqsədlə “Laylay, Xocalım, laylay”  mövzusunda inşa yazı, “Xocalı əsrin faciəsidir” mövzusunda rəsm müsabiqəsi keçirilib. Şəhər məktəblərinin şagirdləri rayondakı Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olanların  ruhuna dualar oxuyub, məzarları üstünə tər qərənfillər düzmüşlər.


Açar sözlər: ,  ,