26.02.2018

Xocalı soyqırımı

26 fevral 2018-ci il tarixdə Cəlilabad rayon ümumtəhsil məktəb şagirdləri arasında basketbol idman növü üzrə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar rayon birinciliyi keçirilib.

İdman yarışında 8 komanda olmaqla 96 nəfər idmançı iştirak edib. Açılış Dövlət himninin səslənməsi və  Cəlilabad RTŞ-nin müdir müavini H.Cavadovun çıxışı ilə başlanıb. Olimpiya sistemi ilə keçirilən yarışda I yeri Cəlilabad şəhər 8 nömrəli məktəb-lisey, II və III yerləri Cəlilabad rayon Şiləvəngə kənd tam orta məktəbin komandaları (Şiləvəngə kənd tam orta məktəbi iki komanda ilə iştirak edib) tutub.

Qalib komandalar Cəlilabad RTŞ-nin diplomları ilə təltif edilib.


Açar sözlər: ,  ,  ,