12.03.2018

Olimpiadanın nəticələri açıqlanıb

03 mart 2018-ci il tarixdə Lənkərən Dövlət Universitetində regionun orta məktəblərinin IX, X, XI sinif şagirdləri və kollec tələbələri üçün riyaziyyat, fizika, biologiya və kimya fənləri üzrə olimpiada keçirilib.

Olimpiadaya Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan İX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara pedaqoji kolleci, Masallı Dövlət Regional Kollecinin tələbələri qatılıb. Bilik yarışmasına qatılan 250-dən artıq iştirakçı seçdikləri fənn üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıb.

Olimpiada da fizika fənni üzrə iştirak etmiş Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin X sinif şagirdi Məmmədov Merac Emin oğlu I yerə layiq görülərək universitetin diplomuna və qiymətli hədiyyəsinə layiq görülüb.

Rayon Təhsil Şöbəsinin müdiri Elminaz xanım Nadirova qalibi qəbul edərək təbrik edib, ona gələcək təhsilində uğurlar arzulayıb.