13.03.2018

Pedaqoji əməkdaşlıq əlaqələri  və  təhsildə  keyfiyyət

       “Keyfiyyət  ili” çərçivəsində həyata  keçirilən  tədbirlərin məntiqi davamı   olaraq  Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin  05 yanvar  2018-ci  il  tarixli   21 nömrəli  əmri  ilə  təsdiq  edilmiş “Pedaqoji  əməkdaşlıq əlaqələrinin  yaradılması  barədə” əmrinin  icrasını  təmin etmək   məqsədi  ilə  Cəlilabad  RTŞ-nın  16  yanvar  2018-ci  il  tarixli  07  nömrəli  və Lənkəran  ŞTŞ-nin  16  yanvar  2018-ci  il  tarixli  05  nömrəli  birgə əmrləri ilə  Tədbirlər  Planı  təsdiq  edilib, fevral-mart-aprel  aylarında  yerinə yetiriləcək işlər müəyyənləşdirilib  və  həyata  keçirilməsinə  başlanılıb.

      Belə  ki,  “Pedaqoji  əməkdaşlıq  əlaqələrinin  yaradılması  barədə” Cəlilabad RTŞ  üzrə  müvafiq  əmr  verilib, Tədbirlər  Planı hazırlanıb,  seçilmiş  məktəblər  müəyyənləşdirilib   və  həmin  məktəblərin  inzibati heyəti  və  fənn   müəllimlərinin  iştirakı ilə təlimatı seminarlar keçirilib.

    Seminarlarda  Cəlilabad şəhər  1 nömrəli  məktəb-liseyi, Cəlilabad   şəhər  2 nömrəli, Göytəpə  şəhər  1 nömrəli  və Uzuntəpə  kənd  1 nömrəli tam  orta  məktəblərin pedaqoji  kollektivləri ilə  Azərbaycan  Respublikası   Təhsil Nazirliyinin  müvafiq  əmrinin tələbləri baxımından  5 bölməni  əhatə  edən tədbirlərin  mövzusu, icra  vaxtı  və  icraya  cəlb  edilənlər  barədə  ətraflı məlumatlar  verilib. Eyni  zamanda  qarşı tərəf  olaraq  Lənkəran  şəhər  4  və 6 nömrəli  məktəb-liseylər, Liman  şəhər  1  və  Şuruk  kənd  1  nömrəli  tam  orta  məktəblərlə  pedaqoji  əməkdaşlıq  əlaqələrinin   yaradılması sahəsində  nəzərdə  tutulmuş, təşkilatı-pedaqoji  tədbirlər  işlənib hazırlanıb, görüşlər   təşkil  edilib  və həyata   keçirilməsinə  başlanılıb.


Açar sözlər: ,  ,