16.03.2018

Pedaqoji əməkdaşlıq əlaqələri davam edir

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  05 yanvar  2018-ci  il  tarixli  21  nömrəli  əmri ilə  təsdiq  edilmiş “Pedaqoji   əməkdaşlıq  əlaqələrinin   yaradılması  barədə” müvafiq  əmrinin  ayrı-ayrı  bölmələrində  nəzərdə  tutulmuş  tədbirləri  davam  etdirmək   məqsədilə  Cəlilabad  RTŞ  və  Lənkəran  ŞTŞ   üzrə  seçilmiş məktəblər  arasında tədbirlər  davam  etdirilib.

Belə  ki, əməkdaşlıq əlaqələri  çərçivəsində  16 mart  2018-ci  il  tarixində  Cəlilabad  şəhər  1 nömrəli  məktəb-lisey  və  Cəlilabad   şəhər  2 nömrəli  tam  orta məktəbin  bir qrup  müəllim  və  şagird heyəti   Lənkəran şəhər  4 və 6  nömrəli  məktəb  liseylərində, Lənkəran  ŞTŞ  üzrə  Liman  şəhər  1 nömrəli  və  Şürük  kənd  tam  orta  məktəblərinin  yuxarıda  göstərilən  kateqoriyalar  üzrə   işçi heyətləri  isə  Cəlilabad  rayonunun  Göytəpə  şəhər 1 nömrəli və Uzuntəpə kənd 1  nömrəli  tam orta  məktəblərində  olublar.

İkitərəfli  əməkdaşlığa həsr olunan görüşlərdə Azərbaycan  Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinin tələbləri baxımından məktəblər arasında  təcrübə  mübadiləsi  aparılıb, qabaqcıl pedaqoji nümunələr öyrənilib, ustad müəllimlərin nümunəvi dərsləri və təhsilin  aktual  məsələlərinin müzakirəsi üzrə “Dəyirmi  masa”lar  təşkil  edilib,   şagirdlər  arasında həmrəylik, dostluq, bilik və idman yarışları keçirilib. Görüşlərdə hər iki tərəfdən təhsil şöbələrinin nümayəndələri, məktəbrəhbərləri, fənnmüəllimləri, məktəblilər və digər köməkçi heyətlər iştirakediblər.


Açar sözlər: ,  ,