10.07.2018

"Sərhəd" hərbi-idman oyunu yekunlaşıb

Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

“Sərhəd” hərbi-idman oyunları Təhsil NazirliyiDövlət Sərhəd XidmətiGənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir. Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

Oyunların nəticələrinə əsasən, I yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, tutub. Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,