12.09.2018

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində Cəlilabad müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov,Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun direktoru Vəfa xanım Yaqublu, təhsil şöbəsi aparatının işçiləri, məktəb direktorları, müəllimlər, ictimaiyyətin nümayəndələri və məzunlar iştirak edib.

Konfransdan öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, mərkəzin foyesində yaradılmış sərgi ilə tanış olublar.

Konfransı giriş sözü ilə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdir əvəzi Hafiz Cavadov açib və geniş məruzə ilə çıxış edib. O,çıxışında son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli təhsilimizin məzmun və formaca yeni inkişaf səviyyəsinə yüksəlməsi, dövlətimizin başçısının qeyd etdiyi kimi “Bütün işlər məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır” -möhtərəm prezidentin bu aydın mövqeyi Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərti kimi vurğulayıb. H.Cavadov 2017-2018-ci tədris ilində əldə olunan naliyyətlər və yol verilən nöqsanlardan danışıb.

O, 2018-2019-cu tədris ilində qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri “barədə əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi və onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini hədəf olaraq qeyd edib.

Konfransda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun direktoru Vəfa xanım Yaqublu cixış edərək təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən, cəmiyyətin inkişafında təhsilin rolundan danişaraq müəllim və şagird kollektivini yeni dərs ili münasibəti ilə təbrik edib.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov konfransı yekunlaşdıraraq öz tövsiyələrini verib və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 23 nəfər məzuna və fizika fənnindən dünya olimpiadasında ölkəmizi təmsil edən, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin X sinif şagirdi Məmmədov Merac Emin oğlunu qiymətli hədiyyələr və fəxri fərmanla mükafatlandırıb.