18.09.2018

“Bilik günü” qeyd olunub

15 sentyabr 2018-ci ildə Cəlilabad rayonun ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə RTŞ-nin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən RTŞ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, yeni tədris ilində Cəlilabad tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində I sinifdə 3500-dən çox şagird təhsil alacaq.


Açar sözlər: ,  ,  ,