19.11.2018

Ağacəkmə aksiyası keçirilib

Noyabrın 17- də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib. 

Bu məqsədlə Cəlilabad rayon ümumtəhsil məktəblərində  ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş aksiyanın məqsədi gənc nəsil arasında ekoloji mühitin qorunması ilə bağlı maarifləndirməni gücləndirmək və təbiətə qayğı hissi aşılamaqdır.   

Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.