23.11.2018

Təlimlər  keçirilib

16-20 noyabr2018-ciil tarixlərində Cəlilabad rayonu üzrə ümumi orta və tam orta təhsil səviyyəsində “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”na dair 5 günlük ixtisasartırma təlimləri keçirilib.

Akademik Zərifə Əliyeva adına Cəlilaba dşəhər tam orta məktəbin bazasında 3 qrupdan ibarət təşkil edilən ixtisasartırma təlimlərinə rayonun ümumtəhsil məktəblərindən 69 nəfər fənn müəllimləri cəlb edilib.

Odlar Yurdu Univeristetinin təlimçiləri Nizami Məmmədli, Gülnarə Məmmədova və Mirizadə Gülşən tərəfindən aparılan təlimlərdə müdavimlər “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”na dair materiallarla elektron-vizual vasitələrin tətbiqi ilə yaxından tanış olub, təcrübə mübadiləsi əldə ediblər.