30.11.2018

QİÇS-lə bağlı tədbir keçirilib

29 noyabr 2018-ci il tarixdə “1 dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə Cəlilabad RTŞ-nin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman aparatının Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsanın İmmun Çatışmazlığı xəstəliyinin tibbi, sosial, hüquqi və mənəvi-psixoloji aspektləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə iştirak edən RTŞ-nin aparıcı məsləhətçisi O.Əzimov,  Ombudsman aparatının  Regional Mərkəzinin rəhbəri Z.İsmayılov QİÇS xəstəliyi və narkomaniyaya qarşı mübarizənin zəruriliyindən, insanların fiziki sağlamlığına necə zərbə vurulmasından, cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olduğunu qeyd ediblər.


Açar sözlər: ,  ,  ,