13.12.2018

“Ümummilli Lider Heydər Əliyevin Anım günü” ilə əlaqədar tədbirlər keçirilib

5 -10 dekabrda Cəlilabad rayon ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin"Anım günü" ilə bağlı silsilə tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər şagirdlərə Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri barədə ətraflı məlumatlar verərək bildiriblər ki, həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü işlər ona tariximizin yaddaşında əbədi həkk olunmaq və qəlblərdə yaşamaq səadəti qazandırıb. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.

Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə ilk gəlişi zamanı keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.


Açar sözlər: ,  ,  ,