06.04.2019

Aprel şəhidi

         05 aprel 2019-cu il tarixdə Aprel  şəhidlərinin anım günü ilə bağlı Cəlilabad rayon Məlikqasımlı kəndində tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri, yaxınları, rayon təhsil şöbəsinin əməkdaşları, Qarabağ qazisi, qonşu kəndlərin və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə şəhid Röyal Nəsirovun   məzarı ziyarət edilib, qəbri üstünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şəhidlərə həsr edilən şeirlər söylənilib. Daha sonra tədbir E.Əliyev adına Bayxanlı kənd tam orta məktəbində davam etdirilib. Rayon Təhsil Şöbəsinin müdiri Q.Əhmədova, Qarabağ qazısı M.Əliyev, məktəbin direktoru Z.İsmayılov,  şəhidin valideyni İ.Nəsirov ordumuzun "Aprel zəfəri"ndən, Ali Baş Komandan İ.Əliyevin bu istiqamətdəki əməli fəaliyyətindən söz açıblar. Mərasimdə "Aprel zəfəri"nə aid video-çarx, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,