18.04.2019

Təhsil Şurasının növbəti iclası keçirilib

17 aprel 2019-cu il tarixdə Cəlilabad raon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçilib. İclasda RTŞ əməkdaşları, məktəb direktorları, direktor müavinləri və bir qrup dəvət olunmuş müəllimlər iştirak edib. Azərbaycan Respublikası təhsil nazirinin 12.04.2019-cu il tarixli K-405 nömrəli əmrinə əsasən ümümtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqmətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, son günlərdə bəzi məktəblərdə aparılmış reydlərin, Astanlı və Musalı kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələrinin müzakirəsi, buraxılış imtahanlarında şagirdlərin imtahana vaxtında, təhlükəsiz və mütəşəkkil qaydada iştirakının təmin edilməsi, akademik Z.Əliyeva adına şəhər 7 nömrəli tam orta məktəbində 11 məktəbin iştirakı ilə VII siniflər arasında keçirilmiş “Bilik yarışı”nın qaliblərinin, Nəsiminin 650 illiyi ilə bağlı hazırlanmış ədəbi-bədii kompozisiyanın iştirakçılarının, Qarazəncir kənd tam orta məktəbində H.Cavidin “İblis” əsərinin səhnələşdirilməsində fərqlənən şagirdlərin, “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edən şagirdlər arasında “Vətənimizi sevək” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin, fənn olimpiadalarının respublika mərhələsinə vəsiqə qazanmış şagirdlərin mükafatlandırılması gündəlikdə duran məsələlər olub.

                   Cəlilabad RTŞ-nin müdiri xanım Q.Əhmədova müzakirə olunan məsələlər haqqında irad və təkliflərini bildirməklə qarşıda duran vacib, görüləcək işlər barədə ətraflı çıxış edib.


Açar sözlər: ,