13.06.2019

IX siniflərdə buraxılış imtahanı keçiriləcəkdir

16 iyun 2019-cu ildə Cəlilabad Rayon Təhsil Şöbəsi tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanının ikinci mərhələsində iştirak edəcəklər. İmtahanda 2238 nəfər şagird iştirak edəcəkdir. Bu məqsədlə 5 imtahan mərkəzi (Şəhər 2, 4, 7 nömrəli, Göytəpə şəhər 1 nömrəli, Soltankənd kənd tam orta məktəbləri) yaradılmış, bu işə 202 nəfər nəzarətçi müəllim cəlb edilmişdir.

Məzunlara sualları cavablandırmaq üçün 3 saat verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Cəlilabad Rayon Təhsil Şöbəsi tabeliyində 125 ümumi təhsil məktəbi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,