18.06.2019

“Son zəng” tədbiri keçirilib

            Cəlilabad şəhər Nizami adına 1 saylı məktəb-liseydə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, müharibə və əmək veteranları, valideynlər, müəllimlər və şagirdlər iştirak edib. Olimpiadanın respublika turunda fizika fənni üzrə qızıl medal almış, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin məzunu Merac Məmmədova Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov tərəfindən hədiyyə və diplom təqdim edilib.
          “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.


Açar sözlər: ,  ,