17.09.2019

"Bilik günü" tədbiri

           Sentyabrın 16-da “Bilik günü” Cəlilabad rayonunun bütün ümumtəhsil məktəblərində təntənəli olaraq qeyd olunub. Bayram tədbirlərində rayon Təhsil şöbəsinin əməkdaşları, Cəlilabad rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri,  valideynlər iştirak edib. Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlanıb.  İlk dərslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrinə uyğun olaraq, I-IV siniflərə “İdman və sağlamlıq”, V-IX siniflərədə “Mütaliə- mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr edilməsi bir daha pedaqoji kollektivlərə tövsiyə olunub.


Açar sözlər: ,  ,