17.09.2019

Gənc müəllimlərin andiçmə mərasimi keçirilib

            16 sentyabr 2019-cu il tarixdə akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin akt zalında ümumtəhsil məktəblərinə yeni təyin olunmuş gənc müəllimlərin andiçmə mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Tədbir  Dövlət himninin oxunmasıyla başlanıb.

           Gənc müəllimlərin andiçmə mərasimini giriş sözü ilə açan Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova ümumi təhsil məktəblərinə yeni təyin olunmuş müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra gənc müəllimlər Dövlət Bayrağının önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq and içiblər.