18.09.2019

5 modul tipli məktəb binasının açılışı keçirilib

            17-18 sentyabr 2019-cu il tarixlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar Cəlilabad rayonun Ağusəm, Ləzran, Suluçeşmə, Hacıcavad və Fətullaqışlaq kəndlərində yeni quraşdırılmış modul tipli məktəb binaları istifadəyə verilib. Bu münasibətlə keçirilən açılış mərasimlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

            Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb. Çıxış edən valideyn və müəllimlər yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda məktəb binaları ilə tanışlıq olub.

            Qeyd edək ki, açılışı olan modul tipli məktəblər tam şərait və istilik sistemi ilə təchiz edilibdir.