19.09.2019

İlin gənc müəllimi ilə görüş

            Ötən həftə  "İlin gənc müəllimi - 2019" müsabiqəsinin qalibi məlum olub. Belə ki, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan "İlin gənc müəllimi - 2019" müsabiqəsinin qalibi Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin riyaziyyat - fizika müəllimi Elçin Abbasov olub.

            Bu münasibətlə keçirilən tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova Elçin müəllimi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Çıxış edən E.Abbasov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

            Sonda E.Abbasov RTŞ müdiri tərəfindən pedaqoji sahədə səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.