21.09.2019

"Robotics laboratoriya" layihəsinin təqdimatı

            19 sentyabr 2019-cu il tarixdə akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin akt zalında Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi "Robotics laboratoriya" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimov, məktəbin direktoru Səidə Şükürova, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

            Layihə rəhbəri olan məktəbin fizika müəllimi Aliyev Vasif Əhmədağa oğlu layihənin məğzi, keçirilmə tarixləri və icra planı barədə ətraflı məlumat verib. Tədbirdə layihə çərçivəsində əyani vəsait kimi istifadə olunacaq robotlar və digər konstruksiyaların təqdimatı da keçirilib.

            Sonda  layihə müddətində təlimlərə qatılacaq şagirdlərə həvəsləndirmə məqsədi ilə "Robotics laboratoriya" layihəsi üçün hazırlanmış xüsusi geyimlər təqdim olunub.