01.10.2019

"Polyup-hesablama vərdişi" layihəsinin təqdimatı

             27 sentyabr 2019-cu il tarixdə  Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi "Polyup-hesablama vərdişi" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Nadir Babayev,  müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

            Layihə rəhbəri olan Şorbaçı kənd tam orta məktəbin fizika müəllimi Aslanov Namiq Cavanşir  oğlu layihənin məğzi, keçirilmə tarixləri və icra planı barədə ətraflı məlumat verib.