02.10.2019

İcma əsaslı məktəbəqədər təhsil qrupları

            Təhsil İnstitutunun həyata keçirdiyi layihə çərçivəsində 2019-cu ilin oktyabr ayından 32 bölgədə daha 250 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayıb.

            01 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonunun bağça olmayan kəndlərində məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə fəaliyyət göstərəcək icma əsaslı qrupların ilk məşğələ günü keçirilib.

            Qeyd üçün bildiririk ki, hazırda Cəlilabad rayonu üzrə 11 məktəbdə 13  icma əsaslı məktəbəqədər təhsil qrupu  fəaliyyət göstərir.