02.10.2019

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

            Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

            Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

            Məlumat üçün bildiririk ki, bu il Cəlilabad rayonunda 92 ümumtəhsil məktəbi üzrə 162 qrupda 2320 uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib.