04.10.2019

"Tərəqqi" medalı

            Cənab prezident İlham Əliyevin 5 oktyabr "Beynəlxalq müəllimlər" günü münasibətilə imzaladığı sərəncama əsasən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin azərbaycan-dili və ədəbiyyat müəllimi Əmrahova Samirə Adəm qızı Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

            Samirə müəllimi bu yüksək medala layiq görülməsi münasibətilə Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi, eyni zamanda rayonumuzun təhsil ictimaiyyəti adından təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq.

            Qeyd edək ki, Samirə müəllim 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüş, 2019-cu ildə isə Pedaqoji mühazirələrdə tərifnamə ilə təltif edilmişdir.