04.10.2019

Beynəlxalq müəllimlər günü qeyd olunub

            4 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində  Beynəlxalq Müəllimlər günü qeyd olunub. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, hüquq mühafizə orqanlarının rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Tədbir  Dövlət himninin oxunmasıyla başlanıb. 

            Tədbirdə çıxış edən RİH-başçısı Namiq Zeynalov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri haqqında məlumat verib. Daha sonra çıxış edən RTŞ müdiri Qərənfil Əhmədova təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlardan, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurlarıdan söz açıb.

            Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Sonda rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.