07.10.2019

Təltif

            Təhsil naziri cənab Ceyhun Bayramovun 04 oktyabr 2019-cu il tarixli, K-1516 nömrəli əmrinə əsasən təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəlilabad rayonu üzrə aşağıda adları qeyd edilən təhsil işçiləri təltif ediliblər.

 

            "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə

1. Axundova Həqiqət Əliheydər qızı - Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin tarix müəllimi

            

            "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə

1.Kazımov Şahin Barat oğlu - Cəlilabad rayonu Bədirli kənd tam orta məktəbinin direktoru, kimya və biologiya müəllimi

2. Zeynalov Firidun Rəşid oğlu - Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi