09.10.2019

Peşə təmayüllü siniflər

  Oktyabrın 9-da  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Emin Əmrullayev,  Cəlilabad və Biləsuvar rayonları üzrə Təhsil Texnologiyalari Mərkəzinin koordinatoru Sənan Məsimli Cəlilabad rayonunda olublar. Qonaqlar akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə yeni açılmış peşə təmayüllü sinfə baxış kecirərərək şagirdlərlə və dərs prosesi ilə yaxından tanış olublar.

           Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.

            E.Əmrullayev qeyd etdi ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər.

           Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.