18.10.2019

"Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar" adlı layihənin təqdimat mərasimi keçirilib

            18 oktyabr 2019-cu il tarixdə  Cəlilabad rayon Yaradıcılıq Mərkəzində Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş Cəlilabad şəhər 8 nömrəli Texniki və Humanitar təmayüllü məktəb- liseyin "Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar" adlı layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Cəlilabad RTŞ-nin metodkabinet müdiri Nadir Babayev, aparıcı məsləhətçi Orxan Əzimov, şəhər məktəblərinin direktor və müəllimləri iştirak edib. 

            Layihə rəhbəri olan  Cəlilabad şəhər 8 nömrəli Texniki və Humanitar təmayüllü məktəb- liseyin ibtidai sinif müəllimi Gülnarə Məmmədova layihənin məğzi, keçirilmə tarixləri və icra planı barədə ətraflı məlumat verib.