29.10.2019

İnsan hüquqlarına əsaslanan inkluziv təhsil

            28 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhər 1 nömrəli məktəb-liseydə "İnsan hüquqlarına əsaslanan inkluziv təhsil" mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimləri,  məktəb-liseyin müəllimləri və valideynlər iştirak edib.

            Çıxış edənlər inklüziv təhsilin ümumi təhsilin inkişafı prosesi olduğunu bildirmiş və təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutulduğunu qeyd etmişlər. Həmçinin o da qeyd olunub ki,  inklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları  Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağa şamil edilsin.

            Sonda mövzu ilə əlaqədar slayd nümayiş etdirilib.