01.11.2019

“Polyup-hesablama vərdişi” layihəsinin növbəti təlimi keçirilib.

         30 oktyabr 2019-cu il tarixdə  Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 №-li tam orta məktəbdə “Polyup-hesablama vərdişi” layihəsinin növbəti təlimi keçirilib. 
        Təlimə məktəbin müxtəlif ixtisaslı müəllimləri cəlb olunmuş və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. Təlim zamanı müəllimlər polyup platforması ilə tanış olmuş, onda işləmək vərdişlərinə yiyələnmişdirlər. 
            Polyup layihəsi imkan verir ki, şagirdlər həm əylənsinlər, həm də öyrənsinlər. Polyup maşınlarının üstünlüyü ondadır ki, bu maşınları məktəbdən kənarda da oynamaq mümükündür. Həm də bu oyunlar təkcə kompüterdə deyil, həm də mobil telefon vasitəsilə oynamaq mümükündür
            Qeyd etmək lazımdır ki, “Polyup-hesablama vərdişi” layihəsini məqsədi Cəlilabad rayonunda yerləşən ümumtəhsil məktəblərinin müəllimlərini polyup platforması ilə tanış etmək, onlarda platforma haqqında bilik və orada işləmək bacarıqalrı formalaşdırmaq, həmçinin müəllimləri və şagirdləri polyup platformasında gələcəkdə keçiriləcək müsabiqələrə hazırlamaq, müsabiqədə iştirak üçün zəmin yaratmaqdır.