01.11.2019

Metodik Şura iclası keçirilib

            30 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə Cəlilabad Rayon Təhsil Şöbəsinin Metodik Şura iclası keçirilib. İclasda RTŞ metodistləri,ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Ocaqlı kənd 1, Ocaqlı kənd 2 nömrəli və Sabirabad kənd 2 nömrəli tam orta məktəblərin fənn metodbirləşmə rəhbərləri iştirak ediblər.

            Metodik Şurada təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin tələbləri baxımından cari tədris ilindən keçən müddət ərzində rayonun təhsil müəssisələrində yerinə yetirilən işlər müzakirə edilib.