13.12.2019

Nəsiminin 650 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib

        Dekabrın 19-da Cəlilabad Rayon Təhsil Şöbəsinin Fəaliyyət planına uyğun olaraq akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhər 7 nömrəli, Göytəpə şəhər 1 nömrəli, Alar kənd 1 nömrəli, Sabirabad kənd 1 nömrəli, Ocaqlı kənd 1 nömrəli və Kazımabad kənd tam orta məktəblərinin şagirdləri böyük şairin 40-dan artıq qəzəlini söyləmiş və tuyuqlarından ibarət kompozisiya nümayiş etdirmişlər.

        Cəlilabad şəhər Uşaq İncəsənət məktəbinin şagirdi İsmayıl İmanovun oxuduğu təsnif və muğamlar gecəyə toplaşanların alqışına səbəb olub.

        Gecədə rayonun tanınmış ziyalıları, şair və yazıçılarından Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, AYB-nin üzvləri Meyxoş Abdulla, Mirkamil Mirxəliloğlu, Vəliyulla Novruz, Gülbala Teymur da iştirak edərək, tədbirlə bağlı xoş sözlər söyləyiblər. 

        Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova gecənin təşkili və keçirilməsində əməyi olanlara - Şəhla Əmənovaya, Kafiyə Hüseynovaya, Samirə Əmrahovaya,Rəfiqə Əliyevaya, Elvin Əbilova, Şahin Kazımova və RTŞ-nin əməkdaşları İlham Əhmədova, Əminağa İsbarova təşəkkür edib. 


Açar sözlər: ,  ,  ,  ,