24.12.2019

Psixoloqlar təlimdə iştirak edib

        21-22 dekabr 2019-cu il tarixdə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində Təhsil İnstitutunun əməkdaşı Natəvan Kərimovanın iştirakı ilə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunlarına həsr olunmuş "Psixoloqların peşəkar inkişafı" layihəsi üzrə Cəlilabad rayon ümumtəhsil müəssisələrində çalışan psixoloqların təlimi keçirilib.

        Təlimdə məqsəd şagirdlərin ümumi psixoloji hazırlığına, onların təhsil göstəricilərinə və eyni zamanda bir şəxsiyyət kimi formalaşmasına təsir edən amil olduğunu nəzərə alaraq, psixoloji xidmətin təkmilləşdirilməsi baxımından aktuallığı gündəmdə saxlamaqdır.