24.12.2019

V siniflərdə monitorinq aparılıb

        Azərbaycan Respublikası Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin 4.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Cəlilabad Rayon Təhsil Şöbəsi tərəfindən işlər görülür. Belə ki, dekabrın 24-də rayonun 21 ümumtəhsil məktəbində V sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə bilik və bacarıqlarının monitorinqi aparılıb. 

        Monitorinqin məqsədi nəticələrə görə ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də, bu fənlərdən zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirləri əhatə edən səmərəli iş sisteminin yaradılmasıdır.  

        Qeyd edək ki, birinci yarımilin sonuna kimi  rayon üzrə  bütün ümumtəhsil məktəblərinin V və VI sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə bilik və bacarıqlarının monitorinqi aparılacaq.