25.12.2019

Kimyəvi təcrübələr aparılıb

      Azərbaycan Respublikası Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Cəlilabad Rayon Təhsil Şöbəsi tərəfindən işlər görülür. Belə ki, dekabrın 25-də Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin VII və VIII siniflərində RTŞ-nin metodisti Atamalı Əliyev və məktəbin müəllimi Ülkər Nəzərovanın rəhbərliyi ilə kimya fənnindən təcrübələr aparılıb.         

      Bu kimi təcrübələrin aparılmasında məqsəd şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması, onların nəzəri biliklərinin praktikada tətbiqi  və araşdırma tələb edən layihələrə cəlb edilməsidir. 

     Qeyd edək ki, rayonun digər ümumtəhsil məktəblərində də fiziki, kimyəvi və bioloji hadisələr üzrə təcrübələrin aparılması və nəticələrinin ümumiləşdirilməsi, bölgənin təbiətinin, tarixi-mədəni abidələrinin öyrənilməsi istiqamətində işlər görülür.