26.12.2019

"Coco-Cola Məktəbli Kuboku" layihəsinə start verildi

        Ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədi ilə Coco-Cola şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılğı ilə orta məktəblərin 7-ci sinif şagirdləri arasında "Coco-Cola Məktəbli Kuboku" layihəsinin 2019-2020-ci il mövsümü keçirilir. Bu layihəyə dekabrın 26-dan  Cəlilabad rayon ümumtəhsil məktəbləri də qoşulub. Belə ki, bu gün Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin idman zalında baş tutan oyunlarla yarışlara start verilib.